30.10.2020 13:53
6
abunə
519
“EVRO İNŞAAT MMC” Palitro Boyaları şirkətindən orduya dəstək

“EVRO İNŞAAT MMC” Palitro Boyaları şirkəti də milli ordumuzun haqq savaşına dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ianə edib.

“EVRO İNŞAAT MMC” Palitro Boyaları şirkətinin yaydığı məlumatda bildirilir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün keçirdiyi uğurlu döyüş əməliyyatları hər birimizə sevinc və qürur hissi yaşadır: 

“Çünki ermənilərin illər ərzində işğal etdikləri ərazilərin bir çoxunu biz artıq bir ayda düşməndən azad etmişik. Bu haqqlı mübarizəmizdə ordumuza dəstək olmaq hər birimizin vəzifəsidir. Dünya azərbaycanlıları da sosial şəbəkə platformalarında aktiv olmalıdır. Azərbaycan Prezidentinə dəstəyimizi bütün dünyaya nümayiş etdirməliyik.

Bizim haqq mübarizəmizdə qarşımızda heç bir qüvvə dayana bilməz. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır!”

Daxil olun


x
This website is using cookies. More info. That's Fine