
Türkiyənin alacağı Eurofighter Typhoon qırıcılarının texniki xüsusiyyətləri və əhəmiyyəti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfərə gələn Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüş keçirdikdən sonra iki ölkə arasında müdafiə sahəsində mühüm əməkdaşlıq sazişi imzalandı. Bu görüşün əsas nəticəsi Türkiyənin "Eurofighter Typhoon" döyüş təyyarələri almasına dair razılaşmanın rəsmiləşməsi oldu. Türkiyə Hərbi Hava Qüvvələrinin gücləndirilməsi məqsədilə cəmi 44 ədəd "Eurofighter Typhoon" qırıcısı alınacaq. Bu təyyarələr üç fərqli ölkədən təmin ediləcək: 20 ədədi Böyük Britaniyadan, 12 ədədi Qətərdən və digər 12 ədədi isə Omandan alınması planlaşdırılır. Bu müqavilənin reallaşması Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına yeni nəsil döyüş təyyarələrinin daxil edilməsi baxımından olduqca strateji bir addım hesab edilir. Təyyarənin alışı Türkiyənin hava müdafiə qabiliyyətlərini əhəmiyyətli dərəcədə artıracaq.
"Eurofighter Typhoon" Avropanın birgə layihəsi olaraq meydana çıxıb. Təyyarə Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya tərəfindən qurulmuş konsorsiumun ortaq məhsuludur. Bu dördtərəfli istehsal strukturu layihəni həm texnoloji, həm də diplomatik baxımdan mürəkkəb edir. Belə ki, bu təyyarələrin üçüncü ölkələrə satışı üçün istehsalçı tərəfdaşlardan biri olan Almaniyanın rəsmi razılığı tələb olunur. Təyyarə 4.5 nəsil döyüş qırıcıları kateqoriyasında yer alır. Bu kateqoriya onun inkişaf etmiş aviasiya sistemləri, yüksək manevr qabiliyyəti və müasir müharibə texnologiyalarına uyğunluğu ilə müəyyən edilir. Onun dizaynında isə Fransa istehsalı olan "Dassault Rafale", İsveçdən "Saab Gripen" və Rusiyadan "MiG 1.44" kimi təyyarələrdən ilhamlanılıb. İlkin olaraq hava üstünlüyü tapşırıqları üçün hazırlansa da, "Typhoon" hazırda hava-yer zərbələri, kəşfiyyat və elektron müharibə kimi fərqli rolları da yerinə yetirən çoxfunksiyalı döyüş jeti kimi fəaliyyət göstərir.
"Eurofighter Typhoon" göydə öz xüsusiyyətləri ilə seçilir. Təyyarənin qanadının eni 10.95 metr, boş çəkisi 16 min kiloqram, maksimum uçuş çəkisi isə 23.500 kiloqramdır. Qırıcı 5 min litr yanacaq tutumuna və 60 kN mühərrik gücünə malikdir. Təyyarənin sürət göstəriciləri çox təsir edicidir. O, yüksək hündürlükdə maksimum 2,495 km/saat (Mach 2.0-dən yuxarı) sürətə çata bilir. Dəniz səviyyəsində isə Mach 1.25 (1,530 km/saat) sürəti göstərir. Təyyarənin ən əhəmiyyətli üstünlüklərindən biri də "supercruise" qabiliyyətidir; yəni əlavə yandırıcı istifadə etmədən səsdən sürətli uçuş rejimini saxlaya bilir. Əməliyyat məsafəsi təxminən 2,900 km-dir. "Typhoon" inkişaf etmiş sensor sistemləri və elektron müharibə qabiliyyəti sayəsində hədəfləri sürətlə aşkarlaya bilir. 5-ci nəsil qırıcılar qədər yüksək radar görünməzliyinə (stealth) malik olmasa da, azalmış radar izi onu 4.5 nəsil qırıcılar arasında ən effektiv variantlardan birinə çevirir. İstehsalçı ölkələrdən başqa, indiyə qədər 550-dən çox "Eurofighter Typhoon" Avstriya, Qətər, Oman və Səudiyyə Ərəbistanı kimi ölkələrə çatdırılmışdır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Təcili Xəbər: Türkiyə "Eurofighter" qırıcıları ala...
Son Xeberler

Türkiyə 40 ədəd qırıcı təyyarə almağı planlaşdırır
Azəri Xəbər
Türkiyə və Böyük Britaniya "Eurofighter" qırıcı tə...
Azəri Xəbər

Türkiyənin Hərbi Hava Qüvvələrini Gücləndirmə Plan...
Son Xeberler

Böyük Britaniyanın Baş Naziri Keir Starmer Türkiyə...
Son Xeberler

Türkiyə və Britaniya qırıcı təyyarələrinin alınma...
Bugun.az


