Tramp amerikalılara polisə müqavimət göstərməməyi tövsiyə edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, afroamerikalı Reyşard Bruksun Atlantada saxlanılması zamanı həlak olması "çox pis" yekunlaşıb.
Ağ Ev rəhbəri polisə müqavimət göstərməməyi məsləhət görüb.
"Beləliklə siz polis zabitinə müqavimət göstərə bilmirsiniz. Bu dəhşətli ziddiyyətlə bitdi. Və baxın, bu necə bitdi? Çox pis, çox", - Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Prezident həmçinin müdafiəçi Rolfun təqib zamanı atəş və partlayış səsinə oxşar səslərin eşidilməsi ilə bağlı sözlərinə istinad edib.
"Onlar (məhkəmədə - red) hər şeyi aydınlaşdırmalıdırlar. Bu ədalət məsələsidir. Ümid edirəm, o (Rolf - red) ədalətli qərar alacaq. Çünki bizim ölkəmizdə polislə qeyri-düzgün rəftar edirlər", - Tramp əlavə edib.
Afroamerikalı Reyşard Bruks Atlantada sərxoş vəziyyətdə polis tərəfindən saxlanılan zaman müqavimət göstərməyə başlayıb. Polis zabiti Qarrett Rolf ona atəş açıb. Xəsarət alan Bruks xəstəxanada ölüb. Prokurorluq Rolfu ölüm hadisəsində ittiham edib. O, işdən çıxarılıb. Keçmiş polis zabitinə qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb.
Atlantada afroamerikalının həlak olması ilə bağlı kütləvi etirazlar başlayıb.
Oxşar xəbərlər
“ABŞ koronavirus peyvəndini bütün dünya ilə bölüşə...
Son Xeberler
Tramp İsrailin Hərbi Əməliyyatlarına Dəstək Verdi
Bugun.az
Tramp Harrisdən irəlidədir - Sorğu
Bugun.az
Tramp dünyanı ''ələ'' saldı-SON DƏQİQƏ
Son Xeberler
Tramp vida çıxışı etdi:
Son Xeberler
Koronavirus peyvəndinin satış qiyməti açıqlandı
Son Xeberler