
Koronavirus peyvəndinin satış qiyməti açıqlandı

Fransanın əczaçılıq korporasiyası "Sanofi" və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.
Bu barədə "Sanofi"inin rəhbəri Olivye Bojiyo bildirib.
Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.
Bojiyo əlavə edib ki, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar. "Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu, avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb", - deyə o bildirib.
Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.(report)
Etiketlər
Oxşar xəbərlər

Unun son qiymətləri
Xəbər Anı

Azərbaycanda un bahalaşıb? - QİYMƏTLƏR
Bugun.az

Rusiya vaksininin qiyməti açıqlandı
Son Xeberler

Bəzi ölkələrdə benzin və dizelin qiyməti -
Son Xeberler

Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı...
Son Xeberler

SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler