
Son Xeberler
9 abunə
Tovuzda yaralanan əsgərlər danışır - VİDEO
15.07.2020 11:57
1,019 baxış sayı
3 dəq. oxuma

AzTV erməni təxribatı nəticəsində cəbhənin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə yaralanan əsgərlərimizin müalicə aldığı hospitaldan reportaj hazırlayıb.
Yaralılar haqqında kanala ümumi məlumatı tibb xidməti polkovniki Roman Çobanov verib. Bildirib ki, düşmən tərəfindən yaralanmış hərbçilərə peşəkar həkimlər yardım göstərir: "Hazırda yaralılarımızın vəziyyəti keçirdikləri əməliyyatlara uyğundur, kafidir. Xəstələrimizn bir arzusu var. O da tez sağalaraq səngərə qayıdıb düşməndən qisas almaqdır”.
Hospitalda müalicəsi davam etdirilən əsgər Əliyev Novruz Əlixan oğlu özünü yaxşı hiss etdiyini söyləyib: "İnşallah, daha da yaxşı olub tez bir zamanda öz yoldaşlarımın yanına qayıdaram. Vurulub onları tək qoyduğum üçün özümü çox pis hiss edirəm”.
Onun əsgər yoldaşı Mehdiyev Vüqar Elbrus oğlu da sağalar-sağalmaz ön xəttə qayıdıb düşmənə qarşı vuruşmağı səbrsizliklə gözlədiyini bildirib.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tovuzda iki avtomobil toqquşdu:
Son Xeberler
563
10/08 19:20

Tovuzda kütləvi dava - bıçaqlanan var
Son Xeberler
567
07/02 12:05

Tovuzda ağır qəza - 6 nəfər öldü
Bugun.az
179
27/11 17:25

Tovuzda daha bir ev atəşə tutuldu -
Son Xeberler
731
14/07 14:57

Tovuzda ev yandı - Ölən var
Bugun.az
154
02/01 08:25

Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, cinayəti t...
Azəri Xəbər
56
16/10 14:37


