
Tovuzda 29 yaşlı qadın qətlə yetirilib, cinayəti törətməkdə şübhəli bilinən ərinin cəsədi tapılıb - YENİLƏNİB

Tovuzda 29 yaşlı həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxsin cəsədi aşkar edilib.
Səbuhi Hacızadənin meyiti Tovuzun Əyyublu kəndindəki yararsız ferma ərazisində tapılıb.
İlkin ehtimala görə, o, intihar edib. Cəsəd ağacdan asılı vəziyyətdə aşkarlanıb.
***
14:17
Tovuzda baş vermiş qətl hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Məlumata görə, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, 1996-cı il təvəllüdlü həyat yoldaşı Mətanət Hacızadənin ata evinə yollanıb. Orada ər-arvad arasında mübahisə yaranıb və Səbuhi Hacızadə Mətanət Hacızadəni bıçaq zərbələri ilə qətlə yetirib.
Onların 3 azyaşlı oğlu var.
Həmin vaxt Səbuhi Hacızadənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilirdi.
***
12:47
Tovuzda dəhşətli qətl hadisəsi baş verib.
Hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaq xəsarətləri alıb.
Qadın hadisə yerində keçinib.
Cinayətin onun əri, 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu tərəfindən törədildiyi bildirilir. Qətli törətməkdə şübhəli bilinən şəxsin tutulması üçün Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.
Etiketlər
Oxşar xəbərlər

Xırdalanda 19 yaşlı gənc qətlə yetirildi, həmyaşıd...
Azəri Xəbər

38 yaşlı qadın qətlə yetirildı - Dayısı saxlanıldı
Bugun.az

Məktəblini bıçaqlayan 10-cu sinif şagirdi saxlanıl...
Bugun.az

Bakıda qətl törətməkdə şübhəli bilinən yeniyetmə t...
Azəri Xəbər

Bu rayonlarda əməliyyat keçirildi -Saxlanılanlar v...
Bugun.az

Bakıda aktyor və arvadı öldürüldü
Xəbər Anı