
Son Xeberler
9 abunə
Tərtərdə minaya düşən traktorçu: "Əlim, üzüm qan içində idi” -VİDEO
28.01.2021 17:21
684 baxış sayı
2 dəq. oxuma

"Traktorla işləyirdim. Həm də telefonla danışırdım. Birdən partlayış baş verdi. Ətrafı qara tüstü bürüdü. Özümü traktordan kənara atdım. Əvvəlcə əllərimi və ayaqlarımı yoxladım. Gördüm ki, ciddi yaram yoxdur. Amma əlim-üzüm qan içində idi”.
Bunu Trend-ə Tərtərdə minaya düşən traktorçu Elgün Ələkbərov deyib. O, traktorla torpaq şumlayarkən tank əleyhinə minaya düşdüyünü bildirib:
"Əlimi başıma vuranda gördüm ki, başım və üzümdən yaralanmışam. Özüm ayağa qalxdım, yaxınlıqda sahənin aqronomu vardı. Onun yanına getdim, o da məni xəstəxanaya çatdırdı”.
Xatırladaq ki, Tərtər rayonunun işğaldan azad olunmuş Qızıl oba kəndinin ərazisində traktor minaya düşüb. Nəticədə traktorçu, Tərtər rayon Seyidimli kənd sakini, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu əl və üz nahiyəsindən xəsarətlər alıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Tərtərdə mülki şəxs minaya düşdü
Son Xeberler
632
22/02 17:22

“Traktor” İran kubokunun qalibi oldu
İdman Xəbər
731
03/09 19:45

Füzulidə mülki şəxslər minaya düşdü, ölən və yaral...
Son Xeberler
839
02/02 13:51

Mülki şəxs minaya düşərək həlak oldu - TƏCİLİ
Son Xeberler
821
18/02 18:30

Azərbaycan əsgəri minaya düşüb şəhid oldu - FOTO
Son Xeberler
540
28/02 07:23

Erməni hərbçilər özlərinin basdırdıqları minaya dü...
Son Xeberler
491
19/01 12:26


