Füzulidə mülki şəxslər minaya düşdü, ölən və yaralananlar var

02.02.2021 13:51 827 baxış sayı 1 dəq. oxuma
Füzulidə mülki şəxslər minaya düşdü, ölən və yaralananlar var

Füzuli rayonunda mülki şəxslər minaya düşüb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. Nəticədə 1-i yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: