Tərtərdə daha iki mülki şəxs yaralandı

05.10.2020 04:33 629 baxış sayı 1 dəq. oxuma
Tərtərdə daha iki mülki şəxs yaralandı

Ermənistan ordusu ağır artilleriyadan istifadə etməklə Tərtəri atəşə tutmağa davam edib.

Düşmən yenə təxribata əl ataraq dinc əhalini həfəf alıb.

Belə ki, ötən gecə şəhər mərkəzinə düşən mərmi iki mülki vətəndaşın yaralanmasına səbəb olub. Bunlar şəhər sakinləri - 1981-ci il təvəllüdlü Novruzov Taleh Qaytaran oğlu və 1993-cü il təvəllüdlü Süleymanov Davud Elxan oğludur.

Yaralılar xəstəxanaya çatdırılıb.

Bundan başqa, bir sıra yaşayış evləri, obyektlər də dağıdılıb.

Mənbə:qafqazinfo.az

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: