16.02.2021 13:09
6 abunə
427
DƏHŞƏTLİ QƏZA! TIR dərəyə yuvarlandı - 5 nəfər öldü, 38 nəfər yaralandı - FOTO
Türkiyənin Konya vilayətində dəhşətli yol qəzası baş verib.
Konyanın Karapınar qəsəbəsindən keçən magistral yolda ağırtonnajlı yük maşını (TIR) yoldan çıxaraq dərəyə yuvarlanıb.
Yolun buzlaması səbəbindən baş verən qəzada digər avtomobilinin sürücüsü maşını saxlayaraq TIR-ın sürücüsünə kömək etmək istəyib. Bu zaman zəncirvari qəza hadisəsi baş verib. Arxadan gələn sərnişin avtobusu öndəki maşına çırpılıb. Nəticədə nəqliyyat vasitələri dərəyə yuvarlanıb.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər ölüb, 38-i isə xəsarət alıb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.