Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR RƏSMİ

22.07.2020 17:03 1,020 baxış sayı 2 dəq. oxuma
Təqaüdlə bağlı əhaliyə ŞAD XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyul ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

 
ƏƏSMN-dən verilən məlumata görə, qeyd edilən sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.
 
Bundan əvvəl iyulun 15-dək isə bu ayın bütün pensiyaları, o cümlədən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiyaları ödənilib.
 
Pensiya vəsaitləri kimi, müavinət, təqaüd və kompensasiyalarını da vətəndaşlar istənilən bankın bankomatlarından qəbul edə bilərlər. Bu zaman hər hansı faiz tutulmur.
 
Yaxın günlərdə isə iyul ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.
Texnologiya redaktoru

Texnologiya sahəsində 8 ildir yazıram. Bakıda keçirilən ilk startap müsabiqələrinin birində iştirak edib, o vaxtdan bu mövzuya marağım daha da artıb....

Bütün məqalələrə baxın
Paylaş: