
Hər üç Milli Qəhrəmana Prezidentin aylıq təqaüdü təyin edildi

Prezident İlham Əliyevin dünən imzaladığı Sərəncamla “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və ehtiyatda olan baş çavuş İbad Hüseynov üçün Prezidentin aylıq təqaüdü təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, digər sosial təminat növləri kimi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslər üçün Prezidentin aylıq təqaüdünün təyinatı da bu təqaüdə hüquq yaranan anda proaktiv xidmət olaraq elektron qaydada, avtomatik təyin olunur. Bunun üçün vətəndaşın və ya ailə üzvlərinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə də ehtiyac qalmır.
Aylıq təqaüd (1500 manat) Milli Qəhrəmanlarımızın özlərinə, şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəmanlarımızın isə ailə üzvlərinə təyin olunaraq ödənilir.
Oxşar xəbərlər

Vahid Əzizə Prezidentin fərdi təqaüdü təyin olunub
Son Xeberler

Ona da Prezidentin fərdi təqaüdü veriləcək
Son Xeberler

Daha bir qazi ailəsi dəstəklə təmin edilir
Son Xeberler

Şəhid ailələrinə ödənişlər edildi
Son Xeberler

Milli Qəhrəmanların təqaüdü artırılacaq -
Son Xeberler

Nazirlik şəhid ailəsini nəzarətə götürdü
Son Xeberler