TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

12.06.2020 19:09 685 baxış sayı 2 dəq. oxuma
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 12-nə olan statistik göstəriciləri açıqlayıb.


Məlumata əsasən, bu gün ölkədə 3992 nəfər aktiv koronavirus xəstəsidir.


Onlardan 121 nəfər reanimasiyada, 24 nəfər isə süni tənəffüs cihazındadır.


Qeyd olunub ki, bu gün 5600 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 368 254 test aparılıb, 5113 sağalıb.


Xatırladaq ki, bu gün Azərbaycanda daha 336 nəfər koronavirusa yoluxub, 183 nəfər sağalıb, 5 nəfər isə vəfat edib.

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: