''Taksi tariflərini eyniləşdirmək vacib deyil '' - AÇIQLAMA
Son günlər Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətini tənzimləyən Konsepsiya hazırlaması barədə məlumatların yayılmasından sonra əhalinin bu məsələyə münasibəti də birmənalı olmadı.
Ötən gün BNA-nın şöbə müdiri Hikmət Babayevin çıxışı zamanı səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil” fikrləri cəmiyyətdə bu məsələdən dolayı yaranmış narahatlığın üzərinə alov kimi düşdü desək yanılmarıq.
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı müsahibəsində bildirdi ki,bu konsepsiyanın mahiyyətində qaranlıq qalan məqamlar var.
“Bugün Azərbaycanda iqtisadiyyatın sktorlarından biri olan avtonəqliyyat sektorunda taksi üçün xüsusi konsepsiya hazırlanmasına ehtiyac yoxdur.
Azərbaycanda taksi istifadəçilərinin bəlkə də 70 faizi bu xidmətdən razıdır. Mən hələ də rast gəlməmişəm ki, bu xidmətin fəaliyyətindən kimsə narazı olsun. Ola bilər ki, 10 nəfərdən ikisi narazı qala bilər bu da konkret insan faktoru ilə bağlıdır. Sürücü ilə sərnişin arasında müəyyən anlaşılmazlıqlar ola bilər amma bu problemlərin də həlli üçün qanun çərçivəsində hər bir lazımı məlumat var.
Azərbaycanda bugün avtonəqliyyat sahəsində o qədər böyük problem var ki o problemlər həll edilməkdənsə, problemsiz , heç bir kənar qüvvənin təsiri olmadan tənzimlənən liberal taksi xidmətindən müəyyən məhdudiyyətlərin həyata keçirilməsini mən başa düşə bilmirəm və bunu mənfi qiymətləndirirəm.’’
Ekspert bildirdi ki, Azərbaycanda taksi tarifləri eyniləşdirilsə, burada müxtəlif problemlər baş qaldıracaq.
“İlk növbədə işsizlik artacaq. Çünki vahid tarif qiyməti qəbul edilsə, sürücülərə və taksi xidmətində olan avtomobillərə görünür ki, hansısa qaydalar tətbiq ediləcək. Tələblərə cavab verməyən sürücü və taksi fəaliyyəti ilə məşqul olan şirkətlər kənarlaşdırılacaq. Bu da iqtisadi baxımdan səmərəli deyil.
Taksi xidməti qiymətləri yüksələcək. Bu da təbii ki, vətəndaşlara zərərdir.
Üçüncü məsələ odur ki, taksi xidməti sahəsində monopoliya yaranacaq. Burada bir iki inhisarçı şirkət peyda olacaq. Bütün bu baş verənlər isə ictimai nəqliyyatın daha da yüklənməsinə səbəb olacaq.Taksi xidmətində qiymətlərin yüksəlməsi taksi xidmətinin fəaliyyətini də zəiflədəcək.”
Eldəniz Cəfərov bildirdi ki, burada digər məsələ istehlakçıların hüquqlarının müdafiəsi qanunun pozulmasıdır.
“Azərbaycan Respublikasının istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun var. Bu konsepsiyanın mahiyyəti vətəndaşların sərbəst seçim hüququ prinsiplərini pozur. Qiymətlər eyniləşdirilərsə bu qanun pozulur və buradan aydın olur ki, demək sərbəst seçim hüququmuz yoxdur.
Düşünürəm ki, hökümət bu qanun barəsində mənfi rəy verəcək və taksi xidmətində qiymətlərin bərabərləşdirilməsi baş verməyəcək.’’
İqtisadçı ekspert Samir Əliyev deyir ki, ilk gündən cəmiyyətdə bu konsepsiyaya münasibət heç də birmənalı olmadı. Belə narahatçılığın yaranması başadüşüləndir.
“Hazırda taksi xidməti sektoru Azərbaycanda yüksək rəqabətin olduğu azsaylı sahələrdən biridir. Taksi xidməti ilə bağlı qiymətlərin bərabərləşdirilməsi cəmiyyətdə insanların sosial vəziyyətinə görə ayrıseçkiliyinə işarədir.
BNA rəsmisinin çıxışı əhali arasında sosial ayrı seçkiliyə və bu sektorda rəqabətə mənfi təsir göstərəcək. Əhalinin sosial vəziyyəti ilə bağlı bu cür diskriminasiya yaratmaq olmaz. Onun fikirlərindən belə aydın olur ki, hər adam taksiyə minməməlidir. Ancaq imkanlı adamlar taksiyə minməlidir, hamı taksiyə minsə, bəs avtobuslara kim minəcək? Bu isə artıq birmənalı olaraq ayrıseçkilik yaradır.
Konsepsiyada nəzərdə tutulanlar həyata keçirilərsə bazarda taksi şirkətlərinin sayı kəskin azalacaq və bazarda ancaq dövlət şirkəti və ən yaxşı halda bir neçə iri şirkət qalacaq. Rəqabətiz xidmət sonda bahalaşacaq, xidmətin keyfiyyətində isə ciddi artım olmayacaq.”
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi xidməti ilə bağlı yeni konsepsiyanı ictimai müzakirəyə çıxarmasından sonra qurumun şöbə müdiri Hikmət Babayevin ARB telekanalına verdiyi açıqlamalar müzakirələrə səbəb olub.
O bildirib ki, bu gün taksi qiymətləri ucuzlaşaraq avtobus qiymətlərinə çatıb:
“Bu, belə olmalı deyil. Taksidən istifadə etmək müəyyən imkanlara bağlı olmalıdır. Taksidən yararlanmaq olar, amma bunu gündəlik, daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.
Etiketlər
Oxşar xəbərlər
Tbilisi Prospektində Yeni Taksi Duraqları Yaradıld...
Son Xeberler
"Maxim" taksi şirkəti 20 min manat cərimə edildi
Bugun.az
Taksi sürücülərinin orta gəliri məlum oldu
Xəbər Anı
Həftə sonları taksi də işləməyəcək
Son Xeberler
"Taksi avtobus deyil" -
Son Xeberler
Həftəsonu taksi qiymətləri bahalaşdı:
Son Xeberler