Son Xeberler
Son Xeberler

01.10.2024 10:25

6 abunə

7

Tbilisi Prospektində Yeni Taksi Duraqları Yaradıldı

Tbilisi Prospektində Yeni Taksi Duraqları Yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunda yerləşən Tbilisi prospektində taksi duraqları və minib-düşmə yerləri yaradıb.


Yeni təşkil olunmuş sistemdə 5 duraq və 1 minib-düşmə yeri fəaliyyət göstərir. Duraqlar taksi xidmətlərinin daha rahat və təhlükəsiz şəkildə təqdim olunmasına xidmət edəcək.


Qeyd edək ki, duraqlarda taksi olmayan avtomobillərin dayanması qanunsuz sayılır və 40 manat cərimə ilə nəticələnir.