
Suraxanıda növbəti küçə əsaslı şəkildə təmir edilir - FOTOLAR

Suraxanı rayonunda illərdir sakinləri narahat edən sosial problemlərin həlli istiqamətində irihəcmli tədbirlər ardıcıl olaraq həyata keçirilir.
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçələrdə təmir-tikinti işləri davam etdirilir.
Rayonun Hövsan qəsəbəsinin əsas yollarından biri hesab edilən İlqar Əhlimanov küçəsində əsaslı şəkildə təmir işləri aparılır. Uzun müddət yolun təmir edilmədən istismar olunması nəticəsində yol boyu çalalar əmələ gəlmişdir ki, bu da öz növbəsində gediş-gəlişdə problemlərə səbəb olurdu. Uzunluğu 1250 m, eni isə 15 m olan yolda texnoloji ardıcıllıqla bərpa işləri aparılaraq 18 750 kv.m asfalt örtüyü salınıb, yağış və səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yağış barmaqlıqları quraşdırılıb, piyadaların təhlükəsizliyinin təmin olunması və əlverişli hərəkət şəraitinin yaradılması məqsədilə yol kənarında səkilər təmir edilib, olmayan yerlərdə isə yeniləri salınıb, işıq dirəkləri yeniləri ilə əvəzlənib.
Təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanı və məlumatverici lövhələr quraşdırılaraq yolcizgi və yolgöstərici xətlər çəkiləcək və vətəndaşların istifadəsinə veriləcək.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda yeni tikilən məktəblərin sayı açıqlandı -
Son Xeberler

'Sədərək','Binə' və'mall'ların açılması ilə bağlı
Son Xeberler

Ziya Bünyadov Prospektində Təmir İşləri Nəticəsind...
Bugun.az

“Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir...
Son Xeberler

Milli Məclisin növbəti iclasının vaxtı məlum oldu
Son Xeberler

Şuşaya birinci bu şəxslər KÖÇÜRÜLƏCƏK-
Son Xeberler