“Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir” - Nazir
“Valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Amma eyni zamanda valideynin məktəbə kömək etmə hüququ və səlahiyyəti var. Bu həmişə o qədər də xoşagəlməz hal kimi qiymətləndirilməməlidir”.
Bunu təhsil naziri Emin Əmrullayev məktəblərdə əlavə pulların yığılması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib.
Nazir qeyd edib ki, adətən məktəblər hansısa məqsəd müəyyən edir, istər valideynlərə, istərsə də öz icmasına müraciət edir: "Məsələn, biz idman meydançasını təmir etməliyik. Bunun üçün bizə on min manat pul lazımdır. Artıq həmin məktəb istər valideynlərə, istər həmin icmada olan biznesə, istər məzunlarına, istərsə də idman sahəsindəki QHT-lərə müraciət edir. O pul toplanır, hesabat verilir və nəticə etibarilə idman meydançası təmir edilir. Bu, yeni terminologiyada fandreyzinq adlandırılır. Hətta məktəb direktorlarına fandreyzinq necə həyata keçirilir - bununla bağlı təlimlər keçirilir.
Bizim kontekstdə ana prinsip bu olmalıdır ki, hər hansı valideyn məktəbə pul ödəməyə məcbur edilməməlidir. Bu, səhvdir. Hər il buna görə bir neçə direktor işindən azad edilir”.
Oxşar xəbərlər
Təhsil Nazirliyi valideynlərə
Son Xeberler
Psixoloqdan valideynlərə intihar XƏBƏRDARLIĞI:
Son Xeberler
“50-dən artıq məktəbə ziyan vurulub”
Son Xeberler
Nazir şənbə günü məsələsinə aydınlıq gətirdi
Son Xeberler
Xətai rayonunda 257 saylı məktəbə yeni direktor tə...
Bugun.az
"Deksametazon"la bağlı əhaliyə növbəti
Son Xeberler