Spitakaşen kəndi Azərbaycanın nəzarətinə keçdi - Erməni KİV

18.12.2020 14:26 824 baxış sayı 2 dəq. oxuma
Spitakaşen kəndi Azərbaycanın nəzarətinə keçdi -

Əvvəllər Azərbaycan SSR-in tərkibində olan Spitakaşen kəndi birbaşa sərhədin digər tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətt çəkir.

Bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Məlumatda bildirilir ki, ermənilər Spitakaşen kəndində bir neçə evi yandırıblar. Sovet dövründə kənd Ağkənd adlanırdı və Ermənistan SSR ilə sərhəddə, Azərbaycan SSR-in Zəngilan bölgəsinin bir hissəsi idi. İndi isə Azərbaycanın nəzarətinə keçir.

Kənd Qafan hava limanından bir neçə yüz metr və Kapan şəhərindən təxminən 2 km məsafədədir.

Hazırda ərazidə bir ekskavator Sovet dövründə müəyyən edilmiş sərhədi işarələyir və Qafandan Zəngilana gedən yolu bağlayır.

 
V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: