Soydaşlarımız Praqadakı səfirliyinin önündə ermənilərin səsini batırdı - VİDEO

24.07.2020 15:55 663 baxış sayı 2 dəq. oxuma
Soydaşlarımız Praqadakı səfirliyinin önündə ermənilərin səsini batırdı -

Bu gün ermənilərin Azərbaycanın Çexiyadakı səfirliyi önündə aksiya keçirməklə bağlı məlumat paylaşıblar. Buna cavab olaraq, soydaşlarımız Praqa şəhərində yerləşən səfirliyimizin önünə gəliblər. 

Azərbaycan bayraqlarına bürünən həmvətənlərimiz səfirlik önünə gələn kiçik bir qrup erməniyə macal verməyiblər. 

Soydaşlarımız “Şəhidlər ölməz, vətən bölünməz”, “Azərbaycan”, “Qarabağa ədalət”, “Qarabağa bizimdir, bizim olacaq” şüarlarını səsləndirərək, erməniləri aksiya keçirmək istəmələrinə peşman ediblər.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: