🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Seyran Ohanyan Ermənistandan qaçdı

10.11.2020 13:59 382 baxış sayı 2 dəq. oxuma
Seyran Ohanyan Ermənistandan qaçdı

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan ölkəsindən Almaniyaya qaçıb. 

Bu barədə Ohanyanın vəkili Karen Mejlumyan “Sputnik Ermənistan”a məlumat verib.

O, müvəkkilinin qaçma xəbərini belə təsdiqləyib: “Müalicə məqsədilə və məhkəmə qərarı ilə ölkəni tərk edib”.

Qeyd edək ki, S. Ohanyan və oğlunun Qarabağda gedən şiddətli döyüşlərin gedişində ağır yaralandığına dair məlumat yayılmışdı.

Xatırladaq ki, keçmiş nazir Ermənistanda 1-2 mart 2008-ci il hadisələri ilə bağlı ittiham olunur. Ohanyana qarşı qabaqlayıcı tədbir olaraq ölkədən xaricə çıxmamaq öhdəliyi qoyulub.

Ohanyan bir zamanlar Ermənistan rəhbərliyində təmsil olunmuş və hazırda da təmsil olunan bəzi şəxslər kimi Xocalı faciəsinin təşkilatçılarından, qətliam qatillərindən biridir. O, habelə digər hərbi cinayətlər törədib.

Paylaş: