🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seçildi

23.11.2020 17:15 454 baxış sayı 2 dəq. oxuma
Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seçildi

Azərbaycan Hərbi Prokurorluğu Ermənistanın sabiq müdafiə naziri Seyran Ohayana daha bir maddə ilə ittiham verib.

Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda istintaq olunan cinayət işi üzrə Ohanyan Seyran Muşeqoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib və barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Hərbi Prokurorluq tərəfindən müvafiq təqdimatla Bakı hərbi məhkəməsinə müraciət olunub və məlum olduğu kimi təqdimat təmin edilib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icrasının təmin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə və İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna göndərilib.

Paylaş: