Sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək
Koronavirus (COVID-19) pandemiyasının milli iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı, bu Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam edir.
İqtisadiyyat Nazirliyindən daxil olan məlumata görə, bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub.
Yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılması, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması, sahibkarlıq subyektləri üzrə iş yerlərinin qorunub saxlanılması məqsədilə qeyd edilən şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin davam etdirilməsi barədə qərar qəbul edilib. Belə ki, bu şəhər və rayonlar üzrə muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9.300 işçisi olan 1.900-dək, fərdi (mikro) sahibkarlar üzrə maliyyə dəstəyi isə 13.000-dən yuxarı vergi ödəyicisini əhatə edəcək.
Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac yoxdur, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək. Maliyyə dəstəyi son 4 ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əmək haqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaqdır.
Məlumat üçün bildirək ki, 26 oktyabr 2020-ci il tarixinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 204,6 milyon manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üçün isə 77 milyon manat vəsait vergi ödəyicilərinin bank hesablarına köçürülüb. İki mərhələdə həyata keçirilmiş maliyyə dəstəyi proqramlarından 130 mindən çox vergi ödəyicisi yararlanıb, proqramlar 344 mindən çox vətəndaşı əhatə edib.
Oxşar xəbərlər
Dövlət bu sahibkarlara 250 manat yardım göstərəcək...
Son Xeberler
Bu şəxslərə 250 manat birdəfəlik yardım veriləcək...
Son Xeberler
Karantinin sərtləşdirildiyi yerlərdə aztəminatlı ş...
Son Xeberler
Dövlətdən yardım istəyən sahibkarların sayı açıqla...
Son Xeberler
Ödənişsiz təlimlərimizə qeydiyyat davam edir!
Edumap.az Təhsil Portalı
Ödənişsiz təlimlərimizə qeydiyyat davam edir!
Edumap.az Təhsil Portalı