
Karantinin sərtləşdirildiyi yerlərdə aztəminatlı şəxslərə 190 manat veriləcək

Bir sıra yeni məhdudiyyətlərin tətbiq olunduğu Şəki, Lənkəran şəhərlərində, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında İqtisadiyyat Nazirliyi tərəfindən muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən aztəminatlı şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi tapşırılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
Oxşar xəbərlər

190 manat iyul ayında veriləcək? -
Son Xeberler

190 manatı gözləyənlərə ŞAD XƏBƏR –
Son Xeberler

SON DƏQİQƏ: kasıblara pulsuz MƏNZİLLƏR VERİLƏCƏK -...
Son Xeberler

190 manat nə vaxt veriləcək? Nazirlikdən
Son Xeberler

MÖHTƏŞƏM XƏBƏR: bu şəxslərə hər ay 360 manat PUL V...
Son Xeberler

Karantinə görə bu şəxslərə 250 manat pul veriləcək...
Son Xeberler