
Rusiyalı aktyor transgender sevgilisini doğrayıb çaya atdı - FOTO

Rusiyanın məşhur aktyoru Yuri Yanovski (Tverski) Tacikistandan olan 24 yaşlı transgenderi öldürməkdə və parçalara ayırmaqda ittiham olunur.
Məlumata görə, 53 yaşlı aktyor cinayət əməlini Sankt-Peterburq şəhərində həyata keçirib.
Yuri Tverski gizli gey cəmiyyətinin üzvü olub. Cari ilin yanvarın 13-də o, transgenderi intim xidmət üçün hotelə dəvət edib. O gəldikdə isə aktyor transgenderin onu yatırtdıqdan sonra qarət etmək istədiyini düşünüb. Buna görə qonağını mətbəx bıçağı ilə bıçaqlayıb. Sonra cəsədi mişarla hissələrə ayırıb və çaya atıb.
İyun ayında isə Sankt-Peterburqdan olan 16 yaşlı məktəbli çayda çimərkən başı və ətrafı olmayan cəsəd tapıb. Gördüklərindən dəhşətə düşən yeniyetmə polis çağırıb.
Hüquq mühafizəçiləri tapıntını görəndə çaş-baş düşüb: cəsəd kişiyə aid olsa da, onda qadınlara məxsus implant sinə olub.
İstintaq müddətində transgenderin daimi müştərisi olan aktyorun izinə düşülüb. O saxlanılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Etiketlər
Oxşar xəbərlər

Bayden qərar verdi: Translar ABŞ ordusunda xidmət...
Son Xeberler

Tanınmış aktyor vəfat etdi -
Son Xeberler

Gəlin toya keçmiş sevgilisini çağırıb, görun NƏ ET...
Son Xeberler

Sevgilisini başqa qadınla tutdu, VİDEOya çəkib BİA...
Son Xeberler

Məşhur aktyor ata oldu
Son Xeberler

Aktyor 3 qıza təcavüz edib
Şou Xəbər