Ramiz Mehdiyev məzuniyyətə çıxdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev məzuniyyətə çıxıb.
O, keçən həftənin sonu xidməti məzuniyyətə gedib.
AMEA-nın işçiləri isə “Report”a bildirib ki, R.Mehdiyev rəsmi qaydada məzuniyyətə çıxmasına baxmayaraq hazırda işdədir.
AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi isə məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, avqustun 18-də R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına karantin qaydalarını pozaraq toy mərasimi keçirib. Nəticədə Abşeron Rayon Məhkəməsinin qərarı ilə sabiq deputat İlhаm Əliyev və onun qudası Rövşən Mustafayevə 15 sutka müddətinə inzibati qaydada həbs cəzası verilib.
Daha sonra Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Murad Adıgözəlzadə və həyat yoldaşı Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar. Həmçinin S.Novruzova YAP tərəfindən töhmət elan edilib.
Bundan əlavə, toyda iştirak edən daha 17 nəfər xüsusi karantin qaydalarını pozduqlarına görə cərimələniblər.(Report)
Etiketlər
Oxşar xəbərlər
Millət vəkili: “Ramiz Mehdiyev istefa verməlidir”
Son Xeberler
Ramiz Mehdiyev villasını fantastik qiymətə satışa...
Son Xeberler
Paşinyan məzuniyyətə çıxıb
Son Xeberler
Ramiz Rövşənin şəhid ailəsinə ev hədiyyə etmə xəbə...
Son Xeberler
İşdən çıxarılan RƏİS görün hansı məmurun
Son Xeberler
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görün...
Son Xeberler