Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır - İsa Həbibbəyli

17.10.2025 12:45 9 baxış sayı 1 dəq. oxuma Trend
Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır - İsa Həbibbəyli

Bakı. Trend:


Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyü məsələsinə baxılır.


Bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.


"Son hadisələrə görə təəssüf edirik. Məhkəmə qərarından sonra məsələyə baxılacaq və müzakirə olunacaq", - İsa Həbibbəyli əlavə edib.


Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edib.


Ona 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: