Quba-Xınalıq yolunu qaya parçaları bağlayıb - Foto/Video
Günün ikinci yarısından sonra başlayan güclü leysan yağışı Quba rayonunun Bostankeş kəndində selə səbəb olub.
Təbii fəlakət nəticəsində kəndə giriş-çıxış bağlanıb. 3 saat davam edən sel Bostankeş kəndinin 5 sakininə ziyan vurub, evlərin hasarlarını aşırıb.
Sahələrdə əkilən kartof sahələrini və arı yeşiklərini də sel aparıb. Qubanın Bostankeş və Xınalıq kəndlərinə gedən yolu palçıq və qaya parçaları bağlayıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı "Yol İstismarı İdarəsi" MMC-nin sahə rəisi Bilal Sultanovun bildirdiyinə görə, əraziyə baxış keçirilib:
"Vəziyyətlə tanış olmuşuq. Hal-hazırda ərazidə olan texnika az da olsa bu istiqamətdə işləyir. Lakin, yolun açılması üçün daha çox və lazımi texnikanın cəlb olunması zaman tələb edir. Bu səbəbdən yolun açılması işinə səhər saatlarından başlanılacaq".
Oxşar xəbərlər
Prezidentdən 20,1 milyonluq
Son Xeberler
Azərbaycanın Bəzi Rayonlarında Qar Yağır
Bugun.az
Tbilisidə bütün uşaq bağçaları təcili bağlanır
Son Xeberler
Bu rayonlara qar yağdı
Son Xeberler
Bu rayonlara qar yağdı
Bugun.az
Koronavirusu 25 saniyəyə məhv edən ÜSUL tapıldı
Son Xeberler