Prezidentdən 20,1 milyonluq SƏRƏNCAM
Prezident İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər
Prezidentdən 50 milyonluq
Son Xeberler
Prezidentdən Mediasiya haqqında qanuna
Son Xeberler
Prezidentdən karantin rejimi ilə bağlı vacib fərma...
Son Xeberler
Prezidentdən Vilayət Eyvazov və Zakir Həsənovla ba...
Son Xeberler
Prezidentdən Mərkəzi Bank sədrinə tənqid: Bunun in...
Son Xeberler
2.5 milyonluq maşını ilə öyündü
İdman Xəbər