🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Qəbələyə istirahətə gedənlər CƏRİMƏLƏNDİ

29.12.2020 13:14 428 baxış sayı 2 dəq. oxuma
Qəbələyə istirahətə gedənlər

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, şəhər ərazisində, istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldiyi məlum olub. Bəzilərinin isə qeyri-qanuni yollarla bayramqabağı rayona üz tutduqları müəyyən edilib. Onlar məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələr gətirsələr də karantin rejiminin tələbləri onların diqqətinə çatdırılıb və bu tədbirlərin vətəndaşların sağlamlığının qorunması məqsədilə həyata keçirildiyi izah olunub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Paylaş: