
Karantin rejimini pozub İsmayıllıya istirahətə getdilər

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə növbəti reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin yerli regional qrupundan verilən məlumata görə, reyd zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələri saxlanılıb, planşetlə sürücü və sərnişinlər yoxlanılıb. İcazələri olmadan və yaxud iş üçün icazəsi olub, istirahət məqsədilə rayon ərazisinə gələn şəxslər aşkar edilib. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdiriləcək.
Oxşar xəbərlər

Qusara istirahətə gedənlər cəzalandırıldı
Son Xeberler

Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi
Son Xeberler

Əkiz bacılar eyni kişiyə ərə getdilər -
Son Xeberler

Karantin nəzarətinə götürülmə qaydalarında dəyişik...
Son Xeberler

Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Son Xeberler

Ermənistan atəşkəs rejimini 24 dəfə pozub
Son Xeberler