“Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir”

29.11.2020 13:46 557 baxış sayı 2 dəq. oxuma
“Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir”

“Azərbaycanla Ermənistan arasında imzalanmış atəşkəs sazişinin tətbiqinə nəzarət etmək məqsədilə Rusiya və Türkiyənin Dağlıq Qarabağda yaradılacaq ortaq mərkəzinin quruluşu və vəzifələrinə dair texniki detallarla bağlı müzakirələr davam edir”.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmisi Pınar Kara bildirib. O, Azərbaycanın işğaldan azad olunan torpaqlarının minalardan təmizlənməsi işlərindən danışaraq, dekabrın 1-də Laçın rayonunun işğaldan azad ediləcəyini xatırladıb.

“Türkiyə Azərbaycan türkünün haqlı mübarizəsində bütün imkanlarıyla onun yanındadır”, - deyə Kara bildirib.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: