29.11.2020 19:21
6
abunə
476
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - AÇIQLAMA

Rusiya və Türkiyə arasında Dağlıq Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılacaq ortaq mərkəzin vəzifə prinsiplərinin texniki detalları müzakirə olunur.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“Kədərdə və sevincdə bərabər olduğumuz Azərbaycanın haqlı davasında bütün imkanlarımızla yanındayıq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılığa əsasən, bölgədə 10 noyabr tarixində atəşkəs elan edilib. Atəşkəsə nəzarət məqsədilə Qarabağda Türkiyə və Rusiya birgə Monitorinq Mərkəzi yaradacaq.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyini Azərbaycan müəyyən edəcək.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine