29.01.2021 14:10
6
abunə
347
Qafqazın mədəniyyət mərkəzi Şuşa - 2022-ci ildə 270 illik yubileyini qeyd edəcəyik - AÇIQLAMA

"Tarixə nəzər salsaq görərik ki, XIX əsrdə Şuşa şəhəri Qafqazın və Yaxın Şərqin mühüm ticarət mərkəzlərindən biri olmaqla müxtəlif mədəniyyətlərin ünsiyyət – dialoq məkanına çevrilmişdi.

Şuşanı Yaxın Şərq ölkələri ilə birləşdirən, Xudafərin körpüsünə doğru uzanan “Molla Nəsrəddin yolu”, şəhəri şimal və qərb ölkələri ilə birləşdirən Gəncə şəhərinə doğru uzanan Kuhrad və ya Dağ yolu müxtəlif ölkələrdən gələn tacirlərin, səyyahların istifadə etdikləri əsas marşrutlar olmuşdur".

Bu açıqlamanı Metbuat.az-a AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə edərək qeyd etdi ki,

Azərbaycan Ermənistan tərəfindən vaxtilə işğal olunmuş əraziləri, o cümlədən Şuşanı azad etməklə təkcə tarixi və hüquqi ədaləti bərpa etməyib, həm də bölgəyə mədəniyyəti, inkişafı və tərəqqini yenidən qaytarmağı hədəfləyib.

 

"Görüləcək işlər, həyata keçiriləcək layihələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirlərini təhlil etdikdə əminliklə söyləmək olar ki, Şuşa nəinki Azərbaycanın, ümumilikdə Qafqazın mədəniyyət mərkəzinə çevriləcəkdir.

Təzə məhəllə. Mehmandarovların evi. XIX əsr abidəsi

Şuşa şəhərinin XIX əsrin ikinci yarısı – XX əsrdə mövcud olmuş Qafqazın mədəniyyət beşiyi, konservatoriyası kimi mənəvi statusları özünə qaytarılacaqdır. 2022-ci ildə qala şəhər kimi 270 illik yubileyini qeyd edəcəyimiz Şuşanın həm də Türk dünyasının mədəniyyət paytaxtı, İslam mədəniyyətinin paytaxtı elan edilməsi də arzu olunandır".

Elnur Kəlbizadə deyir ki, XIX əsrdə şəhərdə 10-dan artıq karvansaranın (“Hacı Abbas”, “Qatırçı Murad”, “Mirsiyab oğlu”, “Bazar”, “Xanlıq” və s. ) fəaliyyət göstərməsi şəhərin bu baxımdan əhəmiyyətini göstərir.

Qarabağ xanının vəziri, şair M.P.Vaqifin Cıdır düzü yaxınlığındakı məqbərəsi.

''O dövrdə Şuşanın Təbriz, Tehran, İsfahan, Leypsiq, Marsel, Moskva kimi şəhərlərlə ticarət əlaqələri haqqında mənbələrdə məlumatlar əksini tapmışdır. Şuşa tacirlərinin Nijeqorod, İstanbul, Leypsiq yarmarkalarında iştirakları barədə məlumatlar vardır. Şuşa həm də xalçaçılıq və ipəkçilik mərkəzi kimi şöhrət tapmışdı.

Rus müəlliflərindən biri “Qafqaz” qəzetinin 1857-ci ilin iyulunda çıxan nömrələrindən birində Şuşa xalça ticarəti barədə maraqlı məlumatlar vermişdi.XIX əsrin II yarısında Şuşada 10-a yaxın məktəb fəaliyyət göstərirdi. Hələ XIX əsrin 30-cu illərindən etibarən burada üçsinifli qəza məktəbi fəaliyyət göstərməyə başlamışdı".

Xurşudbanu Natəvanın dağıdılmış sarayının qalıqları. XIX əsr abidəsi idi

Politoloq qeyd etdi ki, XIX əsrdə Şuşada tikinti quruculuq işləri geniş vüsət almış, türk-müsəlman ruhunu daşıyan şəhərdə həm də Şərq memarlıq məktəbləri ilə yanaşı Avropa memarlığının bəzi xüsusiyyətlərini özündə əks etdirən tikililər inşa edilmişdi.

Gəncə qapısının qarşısı. Şor bulaq.

Məhz bunun nəticəsi idi ki, Şuşanı bəzən “Kiçik Paris”, “Şərqin Parisi” də adlandırırdılar.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine