🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

30 ildən sonra Cıdır düzündə "Bayatı-şiraz" oxundu

23.12.2020 17:37 606 baxış sayı 2 dəq. oxuma
30 ildən sonra Cıdır düzündə "Bayatı-şiraz" oxundu

30 ildən sonra ilk dəfə Şuşada, Cıdır düzündə konsert proqramı keçirilib.

Konsert proqramı Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət mərkəzi tərəfindən təşkil edilib.

Konsert zamanı bir sıra mahnılar ifa olunub, o cümlədən “Bayatı-şiraz” dəstgahı səslənib.

Qeyd edək ki, DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Paylaş: