🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Prezidentin köməkçisi xaricə gedənlərə xəbərdarlıq etdi

15.08.2020 07:32 398 baxış sayı 2 dəq. oxuma
Prezidentin köməkçisi xaricə gedənlərə xəbərdarlıq etdi

“Xaricdə olan vətəndaşların ölkəyə gətirilməsində ciddi hər hansı problem yaşanmır”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.

Onun sözlərinə görə, Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da qarşılıqlı razılaşma ilə daşınması həyata keçirilir.

"Yaxın günlərdə Mərkəzi Asiya ölkələrindən və digər ölkələrdən olan vətəndaşlarımız bərə vasitəsilə ölkəmizə gətiriləcək. Müəyyən qrafik əsasında Azərbaycanda olan Rusiya vətəndaşlarının Rusiyaya quru yolla keçidi təmin olunur. Eyni zamanda gələn həftə ərzində də bu meyarlara Rusiyadan vətəndaşlarımızın ölkəmizə keçidi həyata keçiriləcək. Bir daha vətəndaşlardan xahiş edirik ki, ehtiyac olmadığı təqdirdə xarici səfərlər etməsinlər. Onlar nəzərə almalıdır ki, bunlar çarter reyslərdir. Mütəmadi deyil".

Paylaş: