Prezidentdən Ermənistana xəbərdarlıq: Tamamilə darmadağın edəcəyik... - SON DƏQİQƏ
“Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti, ABŞ-dan olan həmsədri Endrü Şofer, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşü zamanı bildirib.
Dövlət başçısı deyib ki, hazırda isə Rusiya sülhməramlıları oradadırlar, öz fəaliyyətinə başlayıblar:
“Vəziyyət müəyyən dərəcədə sabitdir. Baxmayaraq, indi mənə məlumat verilib ki, dünən ya erməni yaraqlıları, yaxud “Ermənistan ordusu” adlandırdıqları qalıqlar tərəfindən bəzi terror aktları törədilib. Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir.
İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidə baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar.
Bu dəfə biz onları tamamilə darmadağın edəcəyik. Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək”.
Etiketlər
Oxşar xəbərlər
“Düşməni torpaqlarımızdan sona qədər qovacağıq” -
Son Xeberler
Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq...
Son Xeberler
Qətər Ermənistana Uçuşları Dayandırdı
Son Xeberler
Bakı Məktəbində Yanğın Siqnalı: Şagirdlər Təxliyə...
Son Xeberler
Düşmən qüvvələri belə darmadağın edildi -
Son Xeberler
Fransadan Ermənistana humanitar yardım göndərildi
Son Xeberler