🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

04.10.2020 16:00 422 baxış sayı 1 dəq. oxuma
Türkiyə Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi

"Biz beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan itkisinə səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik. Ermənistan təcili olaraq hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdluları və terrorçuları geri qaytarmalı, işğal altındakı Azərbaycan ərazilərini dərhal tərk etməlidir".

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Ermənistana ünvanladığı xəbərdarlıqda qeyd olunub.

"Uşaq, qadın və yaşlı demədən Xocalıda qırğın törədən Ermənistan bölgədə 30 il əvvəl olduğu kimi sülh və əmin-amanlığın yaranmasına mane olur. Ermənistanın Türkiyə təyyarələrinin və PUA-larının onlara qarşı istifadə olunduğuna dair iddiaları həqiqəti əks etdirmir".

Paylaş: