Son Xeberler
Son Xeberler

27.01.2021 12:50

6 abunə

430

Premyer Liqada unikal rekord

Premyer Liqada unikal rekord

İngiltərə Premyer Liqasında unikal rekord qeydə alınıb.

Tarixdə ilk dəfə doqquz komanda bir mövsüm ərzində turnir cədvəlinə başçılıq edib. Bu, ötən gecə "Mançester Siti"nin səfərdə "Vest Bromviç"ə qalib gələrək (5:0) liderliyə yüksəlməsi ilə gerçəkləşib.

Bu mövsüm "Mançester Siti"dən əvvəl müxtəlif vaxtlarda "Arsenal", "Everton", "Lester", "Liverpul", "Sautqempton", "Tottenhem", "Çelsi" və "Mançester Yunayted" ilk pillədə olub.

Hazırda turnir cədvəlində ikinci yerdə 40 xalla “Mançester Yunayted" qərarlaşıb. 38 xalı olan "Lester" 3-cüdür.