🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir" - Vaqif Sadıqov

19.02.2025 21:25 5 baxış sayı 3 dəq. oxuma
"Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir" - Vaqif Sadıqov

"Premyer Liqanı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçimdir".

Metbuat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri, Azərbaycan millisinin sabiq baş məşqçisi Vaqif Sadıqov Misli Premyer Liqasının 2025/2026 mövsümünün yeni formatını dəyərləndirərkən deyib.

Mütəxəssis ölkə çempionatının daha maraqlı keçəcəyini söyləyib:

"3 dövrəli formata görə oyunların sayları azalsa da, maraq itməyəcək. Əvvəllər Premyer Liqada "altılıq" sistemi tətbiq olunub. Düşünürəm ki, çempionatı 3 dövrədən ibarət keçirmək ən yaxşı seçim olacaq. İnanıram ki, tez bir zamanda yeni formatın bəhrəsini görəcəyik. İnşallah, edilən dəyişikliklər milli komandaya olduqca müsbət təsir göstərəcək. Hər birimizin məqsədi yığmanın inkişafını görməkdir. Artıq ilk addımlar atılıb. Yaxın gələcəkdə, görülən işlər öz faydasını verəcək".

O, yeni mövsümdən Premyer Liqada 11-ci yeri tutan komanda ilə I Liqada 2-ci yerə çıxan komandanın pley-off oyununda üz-üzə gəlməsinə münasibət bildirib:

"İstəyərdim ki, həmin mərhələdə mübarizə aparacaq komandaların gücləri müəyyən qədər bərabər olsun. Azarkeşlər və futbol ictimaiyyəti maraqlı və gərgin matça şahidlik etsinlər. Bundan başqa, pley-off oyunları 1 görüşdən ibarət olmaqla neytral meydanda keçiriləcək. Ola bilsin, bu yolla komandaların güclərini müəyyən qədər tarazlamağa çalışacaqlar. Lakin komandanın güclərini eyniləşdirmək üçün başqa işlər də görülməlidir. Ümumiyyətlə, yaxın gələcəkdə Premyer Liqa klubları ilə I Liqa təmsilçilərinin səviyyələri bir-birinə uyğun olmalıdır. Azərbaycan futbol ictimaiyyəti və azarkeşlər biləndə ki, Premyer Liqada 11-ci yeri tutan komanda I Liqanın 2-cisindən qat-qat güclüdür, o zaman bu pley-offu keçirməyə ehtiyac yoxdur. Ona görə, bundan sonra görüləcək işlər də vacibdir".

Qeyd edək ki, Misli Premyer Liqasının 2025/2026 mövsümündə 12 komanda 33 turdan ibarət 3 dövrəli çempionatda mübarizə aparacaq. Premyer Liqada 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək.

Paylaş: