Pensiya və təqaüd alanların NƏZƏRİNƏ

01.07.2020 11:16 925 baxış sayı 2 dəq. oxuma
Pensiya və təqaüd alanların NƏZƏRİNƏ

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq xüsusi karantin rejimi müddətində bankomatlar qarşısında vətəndaş sıxlığının idarə olunması məqsədilə əmək pensiyalarını, sosial müavinət, təqaüd və kompensasiya ödənişlərini, eləcə də ünvanlı dövlət sosial yardımlarını istənilən bankın, eləcə də “Azərpoçt” MMC-nin istənilən bankomatından və yaxud POS-terminalından əlavə faiz tutulmadan əldə etmək mümkündür. 

Bu barədə Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 

Qeyd edək ki, bu addım nazirlik, Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi arasında əldə olunmuş razılıq əsasında atılıb. 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: