Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Pensiya alanların nəzərinə

17.10.2025 11:02 10 baxış sayı 2 dəq. oxuma Metbuat
Pensiya alanların nəzərinə

Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında heç bir risk müşahidə olunmur.


Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib. Nazirlik bəyan edib ki, ənənəvi olaraq hər il olduğu kimi, bu il də qurum fiskal orqan olaraq ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşacağı fərqli sosial-iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir. O, bu risklərin uzunmüddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir.


Nazirliyin dərc etdiyi "Ortamüddətli Xərclər Çərçivəsi" sənədinin orta və uzunmüddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə ortamüddətli dövrdə fiskal dayanıqlıq qənaətbəxşdir. Pensiya sisteminin maliyyə dayanıqlılığında da vəziyyət yaxşıdır və heç bir risk əlamətləri müşahidə olunmur.


“Ortamüddətli Xərclər Çərçivəsi" sənədi 2026-2029-cu illəri əhatə edir. Hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri bu dövrdə ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq. Bu məsələ daimi nəzarətdə qalacaq.


R
Əmlak bazarı müxbiri

Daşınmaz əmlak bazarı və tikinti sektoru üzrə yazıram. Bakının necə dəyişdiyini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: