🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Pandemiya nə vaxt bitəcək? - ÜST-dən AÇIQLAMA

01.07.2020 07:21 477 baxış sayı 2 dəq. oxuma
Pandemiya nə vaxt bitəcək? -

“Dünya birliyi koronavirusla ilk dəfə qarşılaşandan bəri altı ay ərzində pandemiyaya nəzarət etməyi öyrəndi, lakin hazırda onun nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

Koronavirusla mübarizə sahəsində altı aylıq dəyərli təcrübə qazandıqlarını deyən ÜST nümayəndəsi qeyd edib ki, bu gün epidemiyanı idarə etmək mümkün olsa da, onun qarşısını almaq üçün konkret vasitə yoxdur: “Buna görə də pandemiyanın sonu haqqında danışa bilmərik".

M.Vujnoviç əlavə edib ki, Şimali Afrika və Yaxın Şərq regionunda koronavirusa yoluxma hallarının bir milyondan çox olması narahatlıq yaradır: "Virusun olmadığı yerlərdə də yoluxma hadisələrinin artacağını gözləmək olar. Orada da infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görülməlidir".

Etiketlər

Paylaş: