🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Koronavirus pandemiyası nə vaxt bitəcək? - AÇIQLAMA

23.02.2021 08:35 390 baxış sayı 3 dəq. oxuma
Koronavirus pandemiyası nə vaxt bitəcək? -

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb ki, 2022-ci ilin əvvəllərində koronavirusla mübarizədə tam qalibiyyət qazanıla bilər.

Bunun üçün əsas şərtlərdən biri də vaksinasiya prosesinin həyata keçirilməsidir.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Vəfa Ağayeva bildirib ki, ÜST 2022-ci ilin əvvəli ilə bağlı xoş xəbər verib və pandemiyadan yavaş-yavaş uzaqlaşa biləcəyimizi bəyan edib:

"Burada əsas məsələlərdən biri vaksinasiyadır. Hər bir epidemik halın öhdəsindən yalnız vaksinləşmə gələ bilər. Pandemiya 2021-ci ilin sonuna qədər davam edəcək. Çünki dünya ölkələri tədricən vaksinləşmə prosesindən keçməlidirlər.

Bütün ölkələr vaksini eyni vaxtda əldə etməyib. Ölkələr mərhələli şəkildə vaksinləri əldə etməyə çalışır. Bu səbəbdən 2021-ci ilin sonuna qədər pandemiyanın bitməsi mümkün olmaya bilər. Mütəxəssislərin də qeyd etdiyi kimi, 2022-ci lin əvvəllərində pandemiya aradan qalxa bilər".

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, ikinci mərhələdə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyati vacib sahələrdə çalışan və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslərin peyvənd olunması nəzərdə tutulub.(Baku.ws)

Paylaş: