
Son Xeberler
9 abunə
Ordumuzun baş leytenantı şəhid oldu VİDEO
13.07.2020 05:16
715 baxış sayı
2 dəq. oxuma

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

DİN-in şəhid leytenantı Qəzənfər Məmmədov -
Son Xeberler
616
07/12 17:20

DİN-nin Şuşa istiqamətində şəhid olan baş leytenan...
Son Xeberler
697
06/12 13:49

Şuşa fatehi Xocavənddə minaya düşüb şəhid oldu -
Son Xeberler
508
18/12 07:05

Ordumuzun generalı və polkovniki şəhid oldu -
Son Xeberler
859
14/07 09:28

“TVM İNŞAAT” şirkəti orduya belə dəstək oldu
Son Xeberler
758
23/10 09:55

Şəhid analarının iştirakı ilə Vətən müharibəsində...
Azəri Xəbər
25
05/11 18:06


