🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Növbəti buraxılış imtahanın keçiriləcəyi tarix-AÇIQLANDI

17.06.2020 13:12 823 baxış sayı 9 dəq. oxuma
Növbəti buraxılış imtahanın keçiriləcəyi tarix-AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 24 və 25 iyunda keçirəcəyi buraxılış (qəbul) imtahanlarının qrafikini elan edib. 

Mərkəzdən verilən məlumata görə, rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri ilə qrafikdə tanış ola bilərsiniz

Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftə içi günlərində keçiriləcək.

"İmtahana buraxılış vərəqəsi" hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Xatırladaq ki, Naxçıvan – Bakı aviareysləri bərpa olunsa da, xüsusi karantin rejimindən əvvəl Naxçıvana gedərək orada qalan və yaranmış vəziyyətlə əlaqədar DİM-ə müraciət edən şəxslərin nəzərinə çatdırırıq ki, onlar üçün imtahan növbəti həftə içi günlərində Naxçıvanda təşkil olunacaqdır. Həmin şəxslər Bakıya dönməməli və Naxçıvanda qalmalıdırlar.

Xatırladaq ki, 24, 25 iyun tarixlərində şəhər və rayonlara uyğun:

9-cu sinif üzrə buraxılış imtahanları;

11-ci sinif üzrə buraxılış imtahanları;

Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin

məzunları üçün qəbul imtahanları;

Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu (cari və əvvəlki illər) və 11-ci sinif (cari il) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.

Tarix/İmtahan*

24.06.2020

25.06.2020

11-ci sinif cari ilin məzunları üçün

buraxılış imtahanı Nizami (Bakı)

Nəsimi (Bakı)

Sumqayıt (II hissə siyahı)

Zaqatala

Qax

İsmayıllı

Ucar

Xaçmaz

Siyəzən

Xızı Sabunçu (Bakı)

Səbail (Bakı)

Abşeron (II hissə siyahı)

Balakən

Oğuz

Şamaxı

Zərdab

Quba

Azərbaycan dili (dövlət dili) imtahanı

-Azərbaycan dilindən fərqli dildə təhsil alan

11-ci sinif cari ilin məzunları üçün Binəqədi (Bakı)

Suraxanı (Bakı)

Gəncə/Kəpəz

Sabirabad

Qazax

Cəlilabad

Lənkəran

Yevlax

Xüsusi məktəblər (Bakı)* Yasamal (Bakı)

Xəzər (Bakı)

Gəncə/Nizami

İmişli

Ağstafa

Masallı

Astara

Bərdə

Biləsuvar

9-cu sinif cari ilin məzunları üçün buraxılış imtahanı Gəncə/Kəpəz

Sabirabad

Qazax

Cəlilabad (I hissə siyahı)

Lənkəran

Yevlax

Xüsusi məktəblər (Bakı)* Gəncə/Nizami

İmişli

Ağstafa

Masallı (I hissə siyahı)

Astara

Bərdə (II hissə siyahı)

Biləsuvar

01.03.2020-ci il tarixində buraxılış imtahanı vermiş və

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş cari ilin

məzunları üçün qəbul imtahanı Binəqədi (Bakı)

Suraxanı (Bakı) Yasamal (Bakı)

Xəzər (Bakı)

9 illik təhsil bazasında kolleclərə sənəd vermiş

əvvəlki illərin məzunları üçün qəbul imtahanı Binəqədi (Bakı)

Suraxanı (Bakı)

Gəncə/Kəpəz

Sabirabad

Qazax

Lənkəran

Yevlax

Xüsusi Məktəblər (Bakı)* Yasamal (Bakı)

Xəzər (Bakı)

Gəncə/Nizami

İmişli

Ağstafa

Astara

Bərdə

Biləsuvar

Azərbaycan dili (dövlət dili) imtahanı –

– Azərbaycan dilindən fərqli dildə təhsil alan 9‑cu sinif cari ilin məzunları üçün

– 9 illik təhsil bazasında kolleclərə ərizəsini rus bölməsi üzrə təsdiq etmiş

əvvəlki illərin məzunları üçün Nizami (Bakı)

Nəsimi (Bakı)

Sumqayıt

Zaqatala

Qax

İsmayıllı

Ucar

Xaçmaz

Siyəzən

Xızı Sabunçu (Bakı)

Səbail (Bakı)

Abşeron

Balakən

Oğuz

Şamaxı

Zərdab

Quba


Qeyd edək ki, həmişə olduğu kimi cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.


- Sumqayıt şəhəri və Abşeron rayonunda yerləşən məktəblərin 9 və 11, Bərdə, Cəlilabad, Masallı rayonunda yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin ümumi sayı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.


- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.


- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir.


- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Paylaş: