
Musk - Zuckerberg qəfəs döyüşünün keçiriləcəyi yer məlum oldu

Elon Musk Mark Zukerberqlə qəfəs döyüşünün harada keçiriləcəyi ilə bağlı paylaşım edib. İtaliyanın baş naziri və mədəniyyət naziri ilə görüşdüyünü bildirən Musk, döyüşün mövzusunun Qədim Roma olacağını bəyan edib.
Elon Musk paylaşdığı X paylaşımında Mark Zukerberqlə edəcəyi qəfəs döyüşü haqqında məlumat verib. "Kamera çərçivəsindəki hər şey qədim Romadakı kimi olacaq, yəni müasir heçnə olmayacaq. Mən İtaliyanın Baş naziri və Mədəniyyət naziri ilə danışdım. Onlar qədimi bir yer haqqında razılığa gəldilər", ifadələrini işlədib.
Belə ki, Elon Musk və Mark Zukerberq arasında avqustun 26-da keçirilməsi planlaşdırılan döyüşün İtaliyada keçiriləcəyi açıqlanıb. Muskin qılınclı 'Qladiator' paylaşımı və Qədim Roma mövzusunu vurğulaması sosial media istifadəçilərinin 'Döyüş Kolizeydə keçiriləcəkmi' sualına səbəb olub. Ancaq hələlik mövzu ilə bağlı qəti bir açıqlama yoxdur.
Musk səhər saatlarında ofisə ağırlıq dəsti gətirdiyini və gün ərzində ağırlıq məşqləri etdiyini açıqlayıb. "Təlim üçün vaxtım yoxdur, ona görə də onları ofisə gətirdim" dedi.
Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Həbib Nurməhəmmədov İlon Maskın istəyini tərəddüd...
Ən Son Xəbərlər

Fənn olimpiadalarının hansı formada keçiriləcəyi m...
Son Xeberler

“Qarabağ”ın Kipr səfərinin proqramı bəlli oldu -
Son Xeberler

Elon Musk: "Insanlara azadlıqlarını geri qaytarın"
Bugun.az

“Qalatasaray” Azərbaycana bu sözlərlə dəstək oldu...
Son Xeberler

Türkiyə parlamentinin yeni sədri məlum oldu
Son Xeberler