
Son Xeberler
9 abunə
Nazirin töhmət verdiyi direktoru DİN də cəzalandırdı
23.12.2020 06:44
831 baxış sayı
2 dəq. oxuma

Bakıda özünə ad günü keçirən qalmaqallı məktəb direktoru Nailə Məmmədova cərimələnib.
DİN mətbuat xidmətindən bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın doğum günü məclisi təşkil etməsi ilə bağlı videomateriallar yayılandan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal araşdırmalara başlayıb və fakt təsdiqini tapıb.
Nailə Məmmədova başda olmaqla məclisdə iştirak edən bir neçə nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsilə protokollar tərtib edilib. Məclisin digər iştirakçılarının da müəyyən edilməsi üçün tədbirlər davam etdirilir.
Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev məktəb direktoruna şiddətli töhmət verib.
Oxşar xəbərlər

Təhsil naziri şöbə müdirini cəzalandırdı
Son Xeberler
569
11/06 11:24

Təhsil naziri avtobus sürən direktora
Son Xeberler
630
01/09 12:09

Ad günü keçirən direktor cəzalandırıldı
Son Xeberler
736
22/12 16:43

Aşıq Ədalətin həkim gəlininə töhmət verildi -
Son Xeberler
722
05/08 10:34

Siyavuş Novruzov töhmət almasından danışdı:
Son Xeberler
1,285
22/08 12:29

Səkkiz prokurorluq işçisi vəzifədən azad edildi -
Son Xeberler
483
25/01 14:12