Ad günü keçirən direktor cəzalandırıldı

22.12.2020 16:43 778 baxış sayı 1 dəq. oxuma
Ad günü keçirən direktor cəzalandırıldı

Sosial şəbəkələrdə 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsinə dair görüntülər yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib.

Qeyd olunub ki, direktora Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: