
Nazir yeni səfiri qəbul etdi

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperigosun etimadnaməsini qəbul edib.
Görüşdə Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperigosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Öz növbəsində, Nikolaos Piperigos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib.
Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Etiketlər
Oxşar xəbərlər

Prezident Niderlandın yeni səfirini qəbul etdi -
Son Xeberler

İlham Əliyev Birol Akgünün etimadnaməsini qəbul et...
Bugun.az

Hikmət Hacıyev Belarus səfirini qəbul etdi
Bugun.az

ABŞ səfiri Rusiyanın koronavirus peyvəndindən imti...
Son Xeberler

Əli Əsədov Pakistanın səfiri ilə görüşdü
Son Xeberler

Türkiyə Azərbaycana yeni səfir təyin edib
Son Xeberler