Əli Əsədov Pakistanın səfiri ilə görüşdü
Bu gün Baş Nazir Əli Əsədov Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Siyasi, ticari-itqisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə edilib.
Baş Nazir Əli Əsədov Ermənistan silahlı qüvvələrinin hal-hazırda davam edən təcavüzü ilə bağlı Pakistanın Azərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib.
Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Pakistan səfiri Gəncəyə raket hücumundan yazdı
Son Xeberler
40 min pakistanlı Azərbaycana gəldi –
Son Xeberler
Əfqanıstandan Pakistana dostluq addımı
Son Xeberler
Pakistanın Hərbi Hava Qüvvələri komandanı Bakıda
Son Xeberler
İslamabadda COP29-a Hazırlıq Panel Müzakirəsi Keçi...
Bugun.az
Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi
Son Xeberler